English
Kompüter mərkəzi

Akademiyanın Tədris Kompüter Mərkəzi informatika, informasiya texnologiyaları, kompüter qrafikası və mühəndis qrafikası fənnlərinin tədrisinin həyata keçirilməsinin təmin edir. Mərkəzin mühəndis heyəti Akadimayada mövcud olan bütün kompüterlərə texniki xidmət göstərir və dekanlıqlarda, kafedralarda və digər struktur bölmələrdə olan kompüterlərin proqram təminatınin yaradılmasiına xidmət edir. Mərkəz mühəndis-operator heyətinin yerləşdiyi otaqlardan və  geniş, işıqlı, ən son model kompüterlərlə təchiz olunmuş tədris  zalından ibarətdir.

Tədris Kompüter mərkəzinə Fizuli Əzimov rəhbərlik edir. O, 1983-cü ildə Bakı Dövlət Universitetinin tətbiqi-riyaziyyat fakultəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan MEA Kibernetika İnstitutunun aspiranturasına daxil olmuşdur. Qeyri-səlis Bul proqramlaşdirilması sahəsində elmi jurnallarda və konfrans materiallarında dərc olunmuş 10-a yxin  elmi işin müəllifidir. Verilənlər bazasının idarəetmə sistemlərinin tətbiqi ilə tədris, idarəetmə və uçot-nəzarət sistemlərinin bir sıra sahələri üçün iri layihələrin poqramlaşdırıcıdir.

Hal-hazırda Tədris Kompüter Mərkəzində sessiya imtahanlarınin test üsulu ilə keçirilməsi üçün proqram təminatinin yaradılması və sınaqdan keçirilməsi üzərində iş gedir.

 

Əlaqə telefonları:

(012) 566-77-81          (050) 337-53-20          (070) 337-53-20